Azərbaycan güləşçilərinin Budapeşt sınağı

Azərbaycan güləşçilərinin Budapeşt sınağı

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürəcək.

Sports.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində iki milli komandamız təmsil olunacaq.

İyulun 16-dək davam edəcək yarışda sərbəst güləş üzrə yığmanın 2 üzvü – Abubakr Abakarovla (86 kq) Maqomedxan Maqomedov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.

Komandanın digər üzvləri isə hal-hazırda Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-dək davam edəcək.

İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşçilərimiz isə sabah Budapeştə yollanacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Murad Məmmədov (hər ikisi 60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) turnirdə mübarizə aparacaq.

Güləşçilərimiz Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalıb, bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcək. Komandamız vətənə iyulun 30-da qayıdacaq.

Qeyd edək ki, reytinq turnirində I-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Son xəbərlər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
DAHA ÇOX

Ən çox oxunanlar