“Maksimal güc səviyyəsini yüksəltməyə nail olsaq…”

“Maksimal güc səviyyəsini yüksəltməyə nail olsaq…”

Ötən ay Göygöldə yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımız xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçdi.

Sports.az xəbər verir ki, bu toplanışda iştirak edən tanınmış amerikalı mütəxəssis Mark Alan Filippi Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə verdiyi açıqlamada çalışdığı sahənin incəlikləri haqqında danışıb:

“Yunan-Roma və sərbəst güləşçilərin məşqləri arasında bir neçə fərq var. Yunan-Roma güləşində xalça üzərində yuxarı bədən hərəkətləri icra olunduğu üçün biz bədənin yuxarı hissəsinin gücləndirilməsinə daha çox diqqət ayırmalıyıq, amma əlbəttə bədənin aşağı hissəsi də əhəmiyyətlidir. Məşqlərdə tətbiq etdiyimiz bəzi elementlər daha çox sürət və cəldlik tələb edən sərbəst güləş təmrinlərindən fərqlənir. Onların gücə, həmçinin sürət və çevikliyə ehtiyacları var.

Artıq xeyli vaxtdır ki, Azərbaycana gəlirəm, güləşçilərin maksimal fiziki gücə çatmaları üçün onlara dəstək oluram. Biz maksimal fiziki gücü inkişaf etdirə bilsək, bu, onların sürətinə və gücünə də təsir edəcək və onlara görüşlərdə kömək edəcək. Maksimal güc aşağı olarsa, görüş zamanı daha çox enerji və güc sərf edilir. Bu isə daha tez yorulmağa səbəb olur. Maksimal güc səviyyəsini yüksəltməyə nail olsaq, güclü güləşçilər yetişdirə bilərik.

Güləş zədələnmə təhlükəsinin yüksək olduğu gərgin idman növüdür. Bu məşqlərin məqsədi performansı gücləndirməklə yanaşı, görüş zamanı zədələnmələrin də qarşısını almaqdır. Güləşçilərimizin güclənməsi və daha az zədə alması üçün tətbiq etdiyimiz bu proqrama əlavə olaraq qidalanma, yuxu rejimi, su qəbulu, masaj və tibbi personalın həyata keçirdiyi digər prosedurlar da idmançılarımızın güclü və sağlam qalması üçün olduqca əhəmiyyətlidir. Sağlam qidalanma güləşçilər üçün çox vacib amildir. Onlar məşq və məşqdən sonrakı bərpa prosesi üçün yetəri qədər qida qəbul etdiklərinə əmin olmalıdır. Güləşçilər daim bol miqdarda su qəbul etməli, zərərli qidalardan isə uzaq durmalıdırlar. Bu qidalar onların bədənində istənməyən kimyəvi maddələrin yaranmasına səbəb olub, performanslarını aşağı salır. Bol miqdarda ət, göyərti, meyvə, ümumiyyətlə, təbii qidalar idmançılara enerji verir və məşqdən sonrakı bərpa prosesini sürətləndirir”.

Qeyd edək ki, dəfələrlə "World's strongest man" yarışında iştirak etmiş Mark Alan Filippi 1997-ci ildə Amerikanın ən güclü adamı ünvanına sahib çıxıb.

Son xəbərlər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
“Bütün oyunlarda istəkli olmuşuq” - Samir Abasov
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
DAHA ÇOX

Ən çox oxunanlar