Futbol
“Bayern Münhen” Kimmixi satmağa hazırdı

18.07.2023 | 22:10
“Bayern Münhen” futbolçusu Coşua Kimmixi sata bilər.
Sports.az xəbər verir ki, Bundesliqa klubu alman futbolçunu “toxunulmazlar” siyahısından çıxarıb. Son ölkə çempionu 28 yaşlı oyunçu üçün böyük məbləğdə təklif gələrsə satmağa hazırdır.
Qeyd edək ki, Kimmix 2015-ci ildən “Bayern”nin şərəfini qoruyur. O, son mövsüm ərzində Bundesliqada 33 matçda iştirak edib, 5 qol və 6 assistlə fərqlənib.
Son xəbərlər