Futbol
Markus Reşford “Mançester Yunayted”də qalır - RƏSMİ

18.07.2023 | 23:08
“Mançester Yunayted” futbolçusu Markus Reşfordla yeni müqavilə imzalayıb.
Sports.az xəbər verir ki, yeni müqavilə 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.
Markusla PSJ-nin maraqlandığı deyilirdi.
Qeyd edək ki, Reşford ötən mövsüm bütün yarışlarda 56 matçda iştirak edib, 30 qol vurub və 11 məhsuldar ötürmə edib.
Son xəbərlər