Futbol
"Mançester Siti" Mahrezin əvəzedicisini tapdı

19.07.2023 | 20:47
Riyad Mahrez “Mançester Siti”ni tərk edəcək.
Sports.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”yə keçməyə yaxındır. Mahrezin əvəzləyicisi kimi “şəhərlilər” “Barselona”nın vinqeri Rafinyanı transfer etməyə çalışacaq.
Artıq tərəflər arasında 26 yaşlı futbolçunun transferi ilə bağlı ilkin danışıqlar baş tutub.
Qeyd edək ki, Rafinya “Barselona”ya ötən yay “Lids Yunayted”dən keçib.
Son xəbərlər