“Səbail”in yeni transferi hədəflərini açıqladı: “Təslim olmayacağıq”

“Səbail”in yeni transferi hədəflərini açıqladı: “Təslim olmayacağıq”

“Səbail”in yeni futbolçusu Maksim Çex klubun rəsmi saytına müsahibə verib.

Sports.az xəbər verir ki, gənc yarımmüdafiəçi “dənizçilər”in heyətində debüt oyununu keçirməsi ilə bağlı da fikirlərini bildirib:

– Bakı ilə bağlı ilk təəssüratın necədir?
– Mən bundan əvvəl milli komanda ilə Bakıda olmuşdum. Matçımızı Bakı Olimpiya Stadionunda keçirmişdik. Bu şəhər hələ o vaxt çox xoşuma gəlmişdi. Bakı dayanmadan inkişaf edir.

– Azərbaycan çempionatı ilə bağlı məlumatın var?
– Bəli. Azərbaycan çempionatının güclü olmasından xəbərdaram. Maykl Essyenin də “Səbail”də çıxış etdiyini bilirəm.

– Yeni komandanda qarşına qoyduğun birinci məqsəd nədir?
– Burada ən vacib məqsədim komandanın qarşısına qoyduğu hədəflərə çatmasında mənim də payımın olmasıdır. Var gücümlə komandama kömək etmək istəyirəm.

– Komandamızın heyətində ilk oyununa çıxdın. Bununla bağlı təəssüratın maraqladır…
– Yeni komandamda debüt etdiyim üçün çox sevindim. Təbii ki, ilk oyunuma qələbə ilə başlamaq istəyirdim. Amma bu, futboldur. Təslim olmayacağıq və növbəti matçlara var gücümüzlə hazırlaşacağıq.

– Karyeran ərzində sənin üçün ən yadda qalan hadisə hansıdır?
– Futbolda mənim üçün ən unudulmaz an Ukrayna ilə dünya çempionu olmağımdır. Bu silsiləyə yeni komamdamla qazanacağım uğurları da əlavə etmək istəyirəm.

– Son olaraq azarkeşlərimizə nə demək istəyirsən? Onları necə bir Maksim gözləyir? Sənin “dənizçilər”dən gözləntin nədir?
– Azarkeşlərimizə məni səmimiyyətlə qarşladıqlarına görə təşəkkür edirəm. İlk oyundan sonra hər şeydən çox məmnunam. Növbəti matçlarda onların gözləntilərini və mənə olan ümidlərini doğrultmaq istəyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Buna əmin olsunlar. Biz onları ötən oyunumuzda olduğu kimi eyni dəstəklə növbəti qarşılaşmalarda da gözləyirik.

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar