Futbol
"Milan" heyətinə yeni hücumçu qatdı

22.07.2023 | 21:30
"Milan" heyətinə yeni hücumçu qatıb.
Sports.az xəbər verir ki, "Zalsburq"un hücumçusu Noa Okafor karyerasına İtaliyada davam edəcək. İsveçrəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "Zalsburq"da 32 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.
Xatırladaq ki, N.Okaforun Avstriya təmsilçisi ilə müqaviləsi gələn ilin yayı başa çatırdı.
Son xəbərlər