Futbol
Mussa Diabi "Aston Villa"da - RƏSMİ

23.07.2023 | 18:45
“Bayer Leverkusen”in futbolçusu Mussa Diabi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sports.az xəbər verir ki, fransalı hücumçu “Aston Villa”ya keçib. 24 yaşlı futbolçu İngiltərə klubuyla 5 illik müqavilə imzalayıb. Bu transfer "Aston Villa"ya 50 milyon avroya başa gəlib.
Diabi Unay Emerinin rəhbərlik etdiyi komandaya keçmək üçün “Əl-Nəsr”dən gələn təklifi rədd edib.
Qeyd edək ki, Diabi ötən mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər