Futbol
"Everton" Danjumanı icarəyə götürdü

23.07.2023 | 21:32
“Everton” hücum xəttini yeni futbolçuyla gücləndirib.
Sports.az xəbər verir ki, Liverpul təmsilçisi “Vilyarreal”ın forvardı Arno Danjumanı heyətinə qatıb.
26 yaşlı futbolçu növbəti mövsümü icarə əsasında “Everton”da keçirəcək.
Qeyd edək ki, Danjuma ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Tottenhem”də keçirib. O, London klubuyla meydana çıxdığı 12 oyunda 2 qol vurub.
Son xəbərlər