Futbol
Bakambu “Qalatasaray”da – RƏSMİ

23.07.2023 | 23:07
“Qalatasaray” yeni hücumçuyla güclənib.
Sports.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl-Nəsr”dən Sedrik Bakambunu transfer edib.
32 yaşlı hücumçu üçün Birləşmiş Ərəb Əmirliyi klubuna 700 min avro ödənilib. Fransalı futbolçu “Qalatasaray”da bir mövsümə 1.5 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Bakambu son mövsümü icarə əsasında “Olimpiakos”da keçirib. O, meydana çıxdığı 37 matçda, 18 qol və 3 assistlə yadda qalıb.
Son xəbərlər