Futbol
Sabitser “Borussiya Dortmund”a keçir

24.07.2023 | 21:22
“Bayern Münhen”in futbolçusu Marsel Sabitser klubunu dəyişəcək.
Sports.az xəbər verir ki, avstriyalı futbolçu karyerasını “Borussiya Dortmund”da davam etdirə bilər.
“Arılar” Sabitser üçün qarşı tərəfə 19 milyon avro dəyərində təklif göndərib.
Qeyd edək ki, Sabitser son mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. O, meydana çıxdığı 17 oyunda 3 qol və 1 assistlə fərqlənib.
Son xəbərlər