Futbol
“Marsel”də yeni hücumçu

25.07.2023 | 20:34
“Uotford”un futbolçusu İsmaila Sarr “Marsel” klubuna keçib.
Sports.az xəbər verir ki, “Marsel” seneqallı futbolçuyla 5 il müddətlik müqavilə imzalayıb. Sarranın transferi kluba 13 milyon avroya başa gəlib.
Sarr ötən mövsüm Çempionşipdə 39 oyuna çıxıb. Bu müddətdə, o, 10 qol vurub və yeddi məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər