Futbol
“Barsa” 19 yaşlı futbolçuyla müqaviləni yenilədi

25.07.2023 | 22:08
“Barselona” ispaniyalı müdafiəçisi Alexandro Balde ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.
Sports.az xəbər verir ki, Kataloniya klubu mövsümöncəsi turdan qayıtdıqdan sonra bu barədə rəsmi açıqlama verəcək.
Balde “Barselona”nın yetirməsidir. 19 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 44 oyun keçirib, “qol+ötürmə” sistemində 8 xal (1 qol və 7 məhsuldar ötürmə) toplayıb.
Son xəbərlər