Futbol
“Milan”da yeni hücumçu

28.07.2023 | 18:34
“Milan” heyətini yeni futbolçuyla gücləndirib.
Sports.az xəbər verir ki, “rossoneri”lər “Vilyarreal”ın hücumçusu Samuel Çukvueseni transfer edib.
24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Milan təmsilçisi nigeriyalının transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyib (əlavə olaraq 8 milyon avro bonus).
Qeyd edək ki, Çukvuese son mövsüm ərzində meydana çıxdığı 50 matçda 13 qol və 12 assistlə fərqlənib.
Son xəbərlər