Futbol
“İnter” qapıçısını icarəyə verdi

28.07.2023 | 19:14
“İnter” qapıçısı Yonuts Radunu icarəyə verib.
Sports.az xəbər verir ki, 26 yaşlı futbolçu “Bornmut”da çıxış edəcək.
Müqaviləyə əsasən, İngiltərə klubu qolkiperin transfer hüquqlarına yiyələnmək istəsə, 8 milyon avro ödəməli olacaq.
Radu ötən mövsüm “Kremoneze” və “Oser” komandalarında icarədə olub. Onun “İnter”lə müqaviləsi 2025-ci ilin iyununa kimidir.
Radu Rumıniya millisində 4 oyun keçirib.
Son xəbərlər