Futbol
Kavani “Valensiya”dan ayrılır

28.07.2023 | 19:46
Edison Kavani vaxtından əvvəl “Valensiya”nı tərk edəcək.
Sports.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Argentinanın “Boka Xuniors” klubu 36 yaşlı futbolçuya təklif göndərib. Artıq danışıqlar başlayıb.
Qeyd edək ki, uruqvaylı hücumçu karyerasını 2005-ci ildə vətənində “Danubio” klubunda başlayıb. O, karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” kimi klublarda çıxış edib.
Kavani Uruqvay yığmasında 136 oyunda 58 qol vurub.
Son xəbərlər