Futbol
Buffon “Parma”dan gedir

28.07.2023 | 20:27
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon karyerasını başa vurmağa hazırlaşır.
Sports.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira tvitterdə paylaşım edib.
“Parma’nın qolkiperi İtaliya Futbol Federasiyasından təklif alıb. Ona milli komandaların rəhbəri olmaq təklif edilib.
45 yaşlı futbolçu Səudiyyə Ərəbistanından bəzi klubların təklifini geri çevirmişdi.
Buffon “Parma”nın yetirməsidir. O, “Yuventus”un heyətində 18 mövsüm keçirib.
Qapıçı İtaliya millisində 176 oyunda meydana çıxıb. O, 2006-cı ilin dünya çempionudur.
Son xəbərlər