Futbol
"Rakuv" Bakıya ciddi itki ilə gələcək

28.07.2023 | 21:01
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan ”Rakuv” Bakıya ciddi itki ilə gələcək.
Sports.az xəbər verir ki, Polşa klubu aparıcı yarımmüdafiəçilərindən Maksim Domingeslə yollarını ayırıb.
İsveçrəli futbolçu Portuqaliyanın “Gil Visente” klubuna keçib.
27 yaşlı oyunçu “Rakuv”a bu ilin iyununda keçmişdi.
Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk oyunda Polşa çempionuna 2:3 hesabı ilə uduzub. Cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda olacaq.
Son xəbərlər