Futbol
“Əl İttihad” Fabinyonun transferini tam razılaşdırdı

28.07.2023 | 21:39
“Liverpul”un yarımmüdafiəçisi Fabinyo “Əl İttihad”a keçəcək.
Sports.az xəbər verir ki, artıq tərəflər arasında tam razılıq əldə olunub. Braziliyalı futbolçu tezliklə Səudiyyə Ərəbistanı təmsilçisində tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, “Əl İttihad” daha öncə Kərim Benzema və Nqolo Kante kimi futbolçuları da heyətinə qatıb.
Son xəbərlər