Futbol
Dünya çempionatında ilk dəfə hicablı futbolçu

30.07.2023 | 18:34
Mərakeş millisinin üzvü Nuhayla Benzina dünya futbol tarixində ilk dəfə hicabla meydana çıxıb.
Sports.az xəbər verir ki, o, Cənubi Koreya ilə qrup mərhələsinin oyununda start heyətində yer alıb.
90 dəqiqə meydanda olan Benzina matçın sonunda sarı vərəqə alıb.
Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçirilir.
Son xəbərlər





























