“Komandamız 80 faiz üzərinə düşün öhdəsindən gəldi”

“Komandamız 80 faiz üzərinə düşün öhdəsindən gəldi”

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında 5 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamız üçün ənənəvi qarşılanma mərasimi keçirilib.

Böyük məşqçi Taleh İsrafilov komandanın çıxışından razı qalıb:

“Təşkilatçılıq yüksək səviyyədə idi. Uzun müddət idi ki, belə güclü dünya çempionatı olmamışdı. 60 ölkədən 600-ə yaxın idmançı var idi. Komandamız 80 faiz üzərinə düşün öhdəsindən gəldi. Bir-iki çəkidə fərdi səhvlər olmasaydı, komanda hesabında dünya çempionu ola bilərdik. Ancaq ümumi götürəndə təbii ki, bu nəticədən razıyıq. Bu yarışda güclü rəqabət var idi”.

Dünya çempionu Turan Daşdəmirov (45 kq) qələbəsini belə şərh edib:

“Yaponiya və Qırğızıstan güləşçilərinə tam üstünlüklə qalib gələrək yarımfinala yüksəldim. Daha sonra İran güləşçisini 5:1 hesabıyla məğlub edərək finala vəsiqə qazandım. Son görüşdə də Avropa çempionatında məğlub etdiyim Rusiya güləşçisinə qalib gələrək dünya çempionu oldum. Gələn il də bu uğuru təkrarlamağa çalışacağam. Qazandığım bu uğurlara görə, şəxsi və yığma komandamızın məşqçilərinə təşəkkür edirəm”.

Digər dünya çempionu Roman Kərimov (60 kq) isə bunları deyib:

“Dünya çempionatına yaxşı hazırlaşmışdıq. Çətin yarış oldu. Hindistan, Ekvador, Rusiya və Gürcüstan güləşçilərinə qalib gəldim. Türkiyəli azarkeşlərin də dəstəyini də hiss edirdik. İndiyə kimi cəmi 2 dəfə Antalyada keçirilən “Qələbə” kubokunda iştirak etmişəm. Avropa və dünya çempionatlarında güləşməmişdim”.

Xatırladaq ki, DÇ-də Turan Daşdəmirovla (45 kq) Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Cavadov (48 kq) və Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
Kante Avropa futboluna qayıda bilər
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi
Qvardiola Marmuşun tərəqqisinə ümid bəsləyir
DAHA ÇOX

Ən çox oxunanlar