Azərbaycanın daha 2 güləşçisi dünya çempionu oldu

Azərbaycanın daha 2 güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi U-20 dünya çempionatında qızıl medal qazanıb. Sports.az xəbər verir ki, Qurban Qurbanovla Kənan Abdullazadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

72 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurbanov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialın həlledici duelində moldovalı Aleksandru Solovey ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Qurbanov yarışın baş mükafatına sahib çıxıb.

67 kq-da yarışan Kənan Abdullazadə isə finalda gürcüstanlı Nika Broladze ilə üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə yenən Abdullazadə dünya çempionu olub.

Bu gün həm də Nihat Məmmədli (60 kq) yaponiyalı Koto Qomiyə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri mundialı beş medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə bürünc medala yiyələnmişdilər.

Ümumilikdə Azərbaycan güləşçilərinin mundialdan qazancı 5 qızıl, 1 gümüş, 3 bürünc medal olub. Sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) çempion olub,  Zirəddin Bayramov (65 kq) "gümüş"lə kifayətlənib. Qadın güləşçilərdən isə Gültəkin Şirinova (50 kq) bürünc medala sahib çıxıb.

Son xəbərlər
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
DAHA ÇOX

Ən çox oxunanlar