DÇ: Beş cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş yeniyetmə cüdoçusu Xorvatiyada start götürən dünya çempionatında mübarizəyə başlayacaq.

Sports.az xəbər verir ki, oğlanlardan 50 kq çəki dərəcəsində Məhəmməd Məmişov ilk görüşündə Bosniya və Herseqovinadan olan Stefan Vinciçlə üz-üzə gələcək.

Eyni çəkidə Nihad Məmişov fransalı Amza Cahttinin müqavimətini qırmağa çalışacaq. 55 kq-da Ayxan Mirzəzadə isə tacikistanlı Loiq Kudbodinovla qarşılaşacaq.

Qızlardan 40 kq-da Nigar Məmişova Türkmənistan cüdoçusu Dilara Kandimovanı, 44 kq-da Məryəm Bayramzadə moldovalı Qabriela Herta ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarış avqustun 27-də yekunlaşacaq.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar