Güləş/Cüdo
DÇ-də Azərbaycanın qız cüdoçularından bir medal
25.08.2023 | 12:41
Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sports.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib.
Toholiyeva rəqibinə məğlub olub.
Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxacaq.