Avropa Cüdo Birliyi: “Qədəşova hər kəsi təəccübləndirdi”

Avropa Cüdo Birliyi: “Qədəşova hər kəsi təəccübləndirdi”

“Xədicə Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccübləndirdi”.

Sports.az xəbər verir ki, bunu Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının ikinci gününə həsr olunmuş məqalədə yazıb.

Qurum Qədəşovanın finaldakı rəqibi fransalı Alisia Pulanjın güclü idmançı olduğunu bildirib: "Mübarizə "qızıl xal" bölümünə qədər uzandı və Fransa idmançısının daha çox enerjili olduğu görünürdü. Gərgin mübarizə 3 dəqiqə 13 saniyə davam etdi, amma sonda Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccübləndirdi".

EJU 60 kq-da Məhəmməd Musayevin, 66 kq-da isə Əbil Yusubovun gümüş medal qazanmasına da toxunub: "Öz çəkisində birinci olan Məhəmməd Musayev turnirdə qızıl medalı hədəfləmişdi. Lakin o israilli idmançı İsaq Aşpiz ilə finalda çətinliklə üzləşdi. Hər iki cüdoçu qarşılaşma zamanı bəzi səhvlərə yol verdi, çox güman ki, onlar həyəcanlı idilər. Son anda Musayev hücuma keçsə də, Aşpiz cavab verərək xal əldə etdi. Musayevin dirsəyini yerə qoyması isə üçüncü cərimə xalı ilə nəticələndi. 66 kq-da Əbil Yusubov reytinqini qoruyub saxlamağı hədəfləyirdi. Lakin polşalı Simon Sulik 40 saniyə ərzində dünya çempionluğunu təmin etdi".
 

Son xəbərlər
“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” - Azər Bağırov
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar
“Neftçi”dən asan, “Zirə”dən çətin qələbə
Abşeron-Xızı bölgəsində region birinciliyinə start verilib
“Liverpul” iki yüksək səviyyəli yarımmüdafiəçi istəyir
“Sabah”ın əvəzedicilərindən darmadağın
“Zirə”dən əzmkar qələbə - VİDEO
“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov
“Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır
“Naxçıvan” “Quba”ya qalib gəldi
“Real”ın ulduzu Avropanın iki nəhənginin maraq dairəsindədir
İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
“Bayern” “Feyenoord”un müdafiəçisini əldə etmək istəyir
“Araz-Naxçıvan”ın sonuncu sınağı
AFFA-da məşqçilər üçün seminar keçirilib
“Bayern”in ulduzu İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimizin matçlarının təqvimi açıqlandı
Futzal hakimləri və inspektorlar üçün seminar
Səudiyyə Ərəbistanından Salaha nəhəng məbləğdə təklif var
Azərbaycan idmançılarının noyabr ayına olan reytinq cədvəli açıqlandı
Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
MY “Real”la oyunçu mübadiləsini hədəfə aldı
Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
Günün oyunları – TV
“Barselona”nın düşərgəsində narazılıq hökm sürür
Kante Avropa futboluna qayıda bilər
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi
Qvardiola Marmuşun tərəqqisinə ümid bəsləyir
DAHA ÇOX

Ən çox oxunanlar