Yığmamız Avropa çempionatının finalında

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

Sports.az xəbər verir ki, yığma yarımfinalda Türkiyə seçməsini məğlub edib - 4:3.

Komandamız qızıl medal uğrunda görüşdə Fransa kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan yığması daha öncə 1/8 finalda Yunanıstana (4:1), 1/4 finalda isə Qazaxıstana (4:2) qalib gəlmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar