“Qarabağ” ÇL-in qrup mərhələsində də çox gözəl işlər görə bilər” - Mahir Emreli 

“Qarabağ” ÇL-in qrup mərhələsində də çox gözəl işlər görə bilər” - Mahir Emreli 

Çempionlar Liqasında "Qarabağ"dan başqa Azərbaycanın bir təmsilçisi də var. Bu "Dinamo Zaqreb"in şərəfini qoruyan Mahir Emrelidi. Futbolçumuzun komandası ilk matçda səfərdə Norveçin "Bode Qlimt" klubuna minimal hesabla - 0:1 uduzub. Xorvatiya çempionu sabah evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Maraqlıdır ki, "Qarabağ" futbol tariximizdə ilk və hələlik son dəfə ÇL qrupuna düşəndə komandamızın Bakıda "Kopenhagen"i məğlub etdiyi oyundakı yeganə qola Mahir imza atmışdı. 
Xeyli vaxtdır zədədən əziyyət çəkən Emreli bu məsələlərlə bağlı Sports.az saytına blits-müsahibədə danışıb. 

- Zədə səbəbindən uzun müddətdir sabit çıxış edə bilmirsən. İndi durumun necədi?
- Şükür, tam olaraq yaxşıyam. Zədə ilə bağlı artıq heç bir problem yoxdu. Sadəcə, 1 ay məşqlərdən uzaq qalmışdım. Buna görə optimal formamdan uzağam. Amma zamanla formamı bərpa edib klubuma faydalı olmağa çalışacam. 

- "Dinamo Zaqreb" ilk matçda səfərdə "Bode Qlimt"ə uduzdu. Sabah bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsınız... 
- Bəli, bizi ağır oyun gözləyir. "Bode Qlimt" həqiqətən çox yaxşı komandadı. Səfər qarşılaşmasında da bunu göstərdi. Düzdü, orda bəzi maneələr var idi. Məsələn, meydanın süni örtüklü olması. Amma evdə tamam başqa oyun olacaq. Bizim çox güclü və yaxşı təşkil olunmuş komandamız, fərdi bacarıqları ilə oyunu dəyişə biləcək futbolçularımız var. İlk oyundakı səhvlərimizə baxmışıq və rəqibi yaxşı incələmişik. Ümid edirəm ki, qalib gəlib ÇL qruplarına vəsiqə qazanacağıq. 

- Keçmiş komandan da ÇL qrupuna düşmək üçün bu gün mücadilə verəcək. Maraqlıdır ki, ilk dəfə "Qarabağ" bunu bacaranda sənin Bakıdakı oyunda vurduğun qələbə qolunun çox böyük əhəmiyyəti olmuşdu... 
- İlk öncə keçmiş komandama uğurlar arzulayıram. Bura mənim doğma evim olub. Hər zaman "Qarabağ"ı dəstəkləyirəm və uğurlarına sevinirəm. Bu mövsüm sərgilədikləri oyunla Çempionlar Liqasının qrup mərhələsinə layiq olduqlarını sübut ediblər. Hətta, qrup mərhələsində də çox gözəl işlər görə bilərlər. Sadəcə, bu gün bunu rəsmiləşdirmək üçün son nöqtəni qoymaq lazımdı. 

- "Qarabağ"ın Plzendəki matçda şanslarını necə dəyərləndirirsən? 
- "Qarabağ" uğurlu nəticələrdən savayı çox gözəl, izləməkdən zövq aldığımız oyun nümayiş etdirir. Əgər əvvəllər yalnız top saxlamaqla diqqət çəkirdisə, indi həm hücumdakı oyunu, həm sürətli hücumlar zamanı müdafiəni unutmaması və bir çox başqa komponentlərə görə çox mükəmməl təşkil edilmiş, balanslaşdırılmış komanda olduğunu göstərir. "Qarabağ"ın bu axşam uğurlu nəticə əldə edib, qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar