“Hafiz Məmmədovu hamı sevirdi”

“Hafiz Məmmədovu hamı sevirdi”

Sports.az-ın Mahir Emreli ilə Zaqrebdən eksklüziv müsahibəsi

Natiq Nəsirov, Zaqreb

Mahir Emreli Avropada özündən söz etdirməyə çalışır. Futbolçumuz bunu "Legiya"da bacardı. İndi növbə "Dinamo Zaqreb"indi. 
Avropa karyerasına başlayandan Azərbaycandan Mahirin yanına gedən jurnalist olmamışdı.

Sports.az bir ilkə imza atdı. Mahir Emreli ilə eksklüziv müsahibəni təqdim edirik. 

- Futbola həvəsin necə yarandı? 
- Təsadüfən. 2002-ci ildə Koreya və Yaponiyada keçirilən dünya çempionatı zamanı anam evdə futbola baxırdı. Türkiyənin ilk qrup oyunu idi, Braziliya ilə. Gördüm ki, anam əlimi sıxır, amma özünün də xəbəri yoxdu, o qədər hisslərə qapılıb, yəni. Deyirəm görəsən bu nədi ki, anam belə həyəcanlanır. Baxdım ki, Ronaldonun, Ümit Davalanın filan maraqlı saç düzümləri var. Hasan Şaş qol vuranda anam sevincdən yerindən tullandı, qışqırdı. Bundan sonra daha da maraqlı gəldi, oturdum axıra kimi baxdım. Həvəsim həmin oyundan sonra yarandı. Anladım ki, anam Türkiyə millisinin azarkeşidi. Mənim ilk hədiyyəm də həmin dünya çempionatının qəhrəmanlarından biri İlhan Mansızın forması olub.

O vaxt dəb idi, hamı ya Türkiyə millisinin, ya Ronaldonun, ya da "İnter"in formasını geyinirdi. Çünki, Hakan Şükür Milan klubunda çıxış edirdi. ...Bir də Alvaro Rekobanın. Bir dayım oğlunda Rekoba, o birində Hakan, məndə də İlhanın forması vardı. Futbola ilk marağım belə başladı. Sonra Zaqatalada istirahətdə olanda dayım uşaqları ilə məşqçi Şaban Şirdanovun yanına futbola getdik. Bakıda "Bakı" klubunun məşqçisi qonşumuz idi. O məhlədə futbol oynayanda məni gördü, bəyəndi, dedi gəl, səni aparım, yoxlasınlar. 

- Ölkəmizin aparıcı orta təhsil ocaqlarından 160 saylı klassik gimnaziyada, "Dünya məktəbi"ndə, Ankara liseyində və 47 saylı orta məktəbdə oxumusan. 11 il üçün 4 məktəb çox deyil? 
- Mən Tverdə doğulmuşam. Ailəvi də daha çox ortancıl dayımgilə qonaq gedərdik. Onun yoldaşı rus idi. Uşaqları rusca danışırdı. Sözün açığı, onda çox azərbaycanca danışan yox idi. Anam məni 160 saylı məktəbə rus bölməsinə yazdırdı. İbtidai sinifləri orda oxudum. Rus bölməsinin uşaqları Azərbaycan bölməsindəkilərə yuxarıdan baxırdı, özlərini daha "krutoy", daha dünyagörüşlü sayırdı. Amma anam 3 il “160”-da rus bölməsində oxuyandan sonra məni ordan çıxarıb "Dünya məktəbi"nə apardı və Azərbaycan bölümünə dəyişdi. İdmana həvəsimi görürdü. Futbol olmasa belə, hansısa növdə idmançı olacağımı təxmin edirdi bəlkə də. İndi soruşanda deyir ki, bu gün üçün Azərbaycan bölməsinə qoydum ki, ana dilində rahat müsahibə verəsən.

"Dünya məktəbi"nə gedəndə orda bir qayda vardı. Səhərlər uşaqlar bir az tez yığışırdı məktəbin önünə və hər gün mütləq Azərbaycan himnini oxuyub, sonra dərsə keçirdilər. "Dünya məktəbi" özəl idi və bir vaxt orda ödənişi qaldırdılar. Ailəmin gücü çatmadı deyə, Ankara Liseyinə keçdim. Səkkizinci sinifə qədər yaxşı oxudum. Sonra gördüm dərsləri çatdırmıram. Nikolay Adam o vaxt millinin baş məşqçisi idi. Köməkçiləri də Üzeyir müəllimlə Etibar müəllim. Biz hər ay təlim-məşq toplanışı keçirdik, xarici ölkələrə gedirdik. Anam gördü ki, artıq Ankara Liseyində çatdıra bilmirəm, 47 nömrəli məktəbə apardı. Ordakı müəllimlər sağ olsun, vəziyyətimi anlayışla qarşılayıb hörmət edirdilər. Amma həmişə çalışırdım ən azı marağım olan fənnləri oxuyum. 

- "Anam futbol və ya başqa idman növündə idmançı olacağımı təxmin edirdi bəlkə də" dedin. Bəs sən özün nə vaxt qərar verdin ki, futbolçu olacam?
- Mən futbolla paralel, əlbəyaxa döyüş növləri ilə də məşğul olurdum. O vaxt Tbilisi prospektində "Musado" klubu vardı. Orda həm üzgüçülük, həm də əlbəyaxa növlərlə məşğul olmaq olardı. Ailəm məni daha çox fərdi növdə idmançı kimi, gələcəyin Olimpiya çempionu kimi təsəvvür edirdi. Çünki, bizdə tarixən bu növlər daha güclü olub. Amma öz meylim futbola idi. Anam da bunu görüb "Bakı" Akademiyasında məşqçilərdən soruşdu ki, perspektiv görürsünüzmü, onlar da dedi, ümid var. Təbii, heç kim zəmanət verə bilməzdi. Ankara Liseyindən çıxandan sonra fikrimi daha çox futbola cəmləşdirdim. Amma bütün dövrlərdə anamın xüsusi diqqət yetirdiyi ingilis dili dərsim, hazırlığım olub. Başqa fənnlərə vaxt çatmasa da, nə qədər yüklənmiş vəziyyətdə olsam da, ingilis dilini mütləq oxumalı, məşğul olmalı idim.

- "Bakı" klubunun və Hafiz Məmmədovun karyeranda hansısa rolu var? 
- Çox böyük rolu var. Mən Polşada olanda "Bakı" klubunda uşaq futbolu üzrə baş koordinator kimi çalışmış Yüksel Kepoğlu fikir bildirmişdi ki, "Bakı" klubunu görməzdən gəlirəm, onlar haqda heç nə danışmıram. Amma elə deyil. Mənim və mənim kimi bir çox futbolçuların üzərində həm Yüksel hocanın, həm Adnan Yazıcıoğlunun əməkləri olub. Hər adamın adını çəkmirəm, bu doğrudur. Amma iki nəfər var ki, onlara xüsusi təşəkkür etmək istəyirəm. Biri Nurəddin Məmmədovdur, uşaq futbolunda ən güclü məşqçilərdəndir. Digəri isə hazırda "Zirə"nin akademiyasında çalışan Kamen Vasilyevdi. O, bolqarıstanlıdı, Gənclər və İdman nazirinin müavini Marianna Vasilyevanın həyat yoldaşıdır. Bu iki insan mənə çox dəyərlidir. Biz Kamen müəllimlə qonşu idik. Onunla Nurəddin müəllim hər məşqdən sonra qalıb mənimlə fərdi işləyirdilər.

"Bakı" Futbol Klubunun Akademiyası qısa müddətdə fəaliyyət göstərsə də, çox sayda futbolçu yetişdirməyi bacardı. Hafiz Məmmədov isə tam səmimiliyimlə deyirəm ki, bu klub üçün heç nəyini əsirgəmirdi. Dövrün ən yaxşı şəraiti, stadionları, bazası "Bakı"da idi. Klubda da kimdən soruşsaz, onun haqda sevgiylə danışardı. Məni uzun müddətə Fransaya - “Lans”a göndərdi. Çox böyük təcrübə oldu mənim üçün. Futbolçu kimi inkişafımda, peşəkar karyeramın alınmasında da bu bir ilin çox böyük təsiri oldu. 

(Ardı var)

Sports.az

Son xəbərlər
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar