“Qrupda ən təcrübəli komandalar “Qarabağ”la “Olimpiakos”dur” - Mamadu Kane

“Qrupda ən təcrübəli komandalar “Qarabağ”la “Olimpiakos”dur” - Mamadu Kane

Mamadu Kane Avropada ilk addımını “Neftçi”də atdı. 2019-cu ilin yanvarında keçdiyi “ağ-qaralar”da 2 il yarımlıq yüksək performansın yekununda Yunanıstan nəhəngi “Olimpiakos”a transfer olundu. Bakılılara pulsuz başa gələn və cəmi 1500 dollar məvacibə oynayan futbolçu gedişində "flaqman"a 600 min avro qazandırdı - yunanlar onun transferi üçün "Neftçi"yə bu qədər məbləğ ödədilər. 

İndi Pirey klubu Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupa düşsə də, qvineyalı yarımmüdafiəçi Azərbaycana gələ bilməyəcək. 25 yaşlı orta sahə oyunçusu yay fasiləsində Kipr təmsilçisi “Pafos”a icarəyə verilib. 

Kane Sports.az saytına müsahibəsində həm müqavilə ilə məxsus olduğu “Olimpiakos”un, həm də bir vaxtlar “Neftçi”də əsas rəqibi olan “Qarabağ”ın qrup mərhələsindəki şanslarını dəyərləndirib. 

- Müqavilə ilə məxsus olduğunuz “Olimpiakos” klubunun Avropa Liqasında düşdüyü qrupdan yəqin ki, xəbərdarsınız?
- Bəli, maraqla izləyirdim. Bunu niyə soruşduğunuzu bilirəm. “Olimpiakos” “Qarabağ”la eyni qrupda çıxış edəcək. Maraqlı oyunlar olacaq. 

- Püşkatmadan sonra “Pafos”a icarəyə verildiyiniz üçün peşmanlıq keçirmədiniz? Hər halda “Olimpiakos”un heyətində sabiq komandanız “Neftçi”nin əzəli rəqibinə qarşı Bakıda oynaya bilərdiniz. 
- Xeyr, heç bir peşmanlıq yoxdur. Futbolda hansı komandanın formasını geyinirsinizsə, onun da uğurlarını düşünməlisiniz. Təbii ki, “Neftçi”də çıxış etdiyim zaman “Qarabağ” əsas rəqibimiz idi. Amma bu o demək deyil ki, “Qarabağ”a düşmən gözü ilə baxıram. 

- Ötən mövsümün sonları və yay toplanışı sizin üçün pis alınmırdı. “Olimpiakos”dan ayrılmağınız təəccüblü olmadı?
- Orada rəqabət böyükdür. Doğrudur, daha çox oyun şansı əldə etməyə başlamışdım. Amma yekunda belə məsləhət oldu. “Pafos” da Kiprdə qarşısına ciddi hədəflər qoyan komandadır. Düşünürəm ki, oradakı uğurlu çıxışla və daha da inkişaf etməklə “Olimpiakos”a daha yaxşı vəziyyətdə qayıda bilərəm. 

- “Olimpiakos”un düşdüyü qrupu necə dəyərləndirərdiniz? 
- Kifayət qədər güclü qrupdur. Deyərdim ki, ən çətin qruplardan biridir. “Nant” və “Frayburq” “Top-5” liqaların komandalarıdır. Avropa təcrübələri az görünə bilər, amma heç də belə deyil. “Qarabağ” isə qrupda ən çox beynəlxalq təcrübəyə malik klublardandır. Digərlərini deyə bilmərəm, amma məncə, “Olimpiakos” qrup birinciliyi uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, komanda bu istəyinə çatar. “Olimpiakos”un bunu reallaşdırmaq potensialı var. 

- Bəs “Qarabağ”ın şanslarını necə görürsünüz? 
- Dediyim kimi, “Qarabağ”ın Avropa təcrübəsi zəngindir. Bu mənada qrupda ən təcrübəli komandalar “Qarabağ”la “Olimpiakos”dur. Amma hər şeyi meydandakı mübarizə həll edəcək.

Son xəbərlər
“Barselona” “Kristal Pelas”ın kapitanını satın ala bilər
“Roma” “Mançester Yunayted”lə damışıqlara başladı
Müdafiəçisi “Real”ı tərk edəcək
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
DAHA ÇOX

Ən çox oxunanlar