Dünya futbolu
“Fulhem” Mats Vifferi transfer etmək istəyir

20.12.2023 | 17:10
“Feyenoord”un və Niderland yığmasının yarımmüdafiəçisi Mats Viffer “Fulhem”ə keçə bilər.
Sports.az xəbər verir ki, “bağ sakinləri” 24 yaşlı yarımmüdafiəçini yanvarda transfer etməyə çalışacaqlar.
Eyni zamanda, “Feyenoord”un futbolçusu ilə mövsümün ortasında ayrılmaqda maraqlı olmadığı bildirilir. Amma Niderland klubunun Vifferin transferi üçün təxminən 25-30 milyon avro məbləğ tələb edə biləcəyi də bildirilir.
Daha əvvəl “Barselona”nın da Vifferlə maraqlandığı haqda məlumat yayılmışdı.
Son xəbərlər





























