“Qarabağ”ın futbolçusu Rusiya klublarının diqqətində

“Qarabağ"ın futbolçusu Leandro Andrade Rusiya klublarının maraq dairəsinə düşüb.

Sports.az xəbər verir ki, bu barədə futbolçunun agenti Uqo Kadjuda Rusiyanın "Sport24" saytına açıqlamasında bildirib. 

Belə ki, yarımmüdafiəçinin xidmətində "Rubin" və "Krasnodar" maraqlıdır.

Futbolçunun agenti bildirib ki, "Rubin" Andradeyə görə "Qarabağ"a 1.5 milyon avro ödəməyə hazırdır. 

"Atlılar"ın baş meneceri Asif Əsgərov "Sport24"ə açıqlamasında Andrade ilə bağlı rəsmi təklif olmadığını qeyd edib.

Andradenin "Qarabağ"la müqaviləsi 2025-in yayına qədərdir. O, bu mövsüm "Qarabağ"la ümumilikdə 33 matçda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar