Güləş/Cüdo
Cüdoçularımız Belçikadan 4 medalla qayıtdılar
29.01.2024 | 20:10
Belçikanın Vise şəhərində beynəlxalq Belçika Açıq cüdo turniri keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutub.
Kişilər arasında -66 kq. çəkidə İslam Rəhimov qızıl medal, Aydın Rzayev isə bürünc medal əldə ediblər. -73 kq. çəkidə Nəriman Mirzəyev və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medala sahib olub. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, -100 kq. çəkidə Əjdər Bağırov 7-ci yerdə tamamlayıb.