Azərbaycanın daha 3 güləşçisi AÇ-nin finalında

Azərbaycanın daha 3 güləşçisi AÇ-nin finalında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə daha 5 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Məmmədli həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də heç bir şans tanımayıb – 13:4. Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparacaq.  

Ülvü Qənizadə (72 kq) gürcüstanlı Giorgi Çxikvadzeni minimal fərqlə (2:1) üstələyib. Pəhləvanımız fransalı Mamadassa Sillanı isə 4:3 hesabıyla xalçadan məyus yola salıb. Qənizadə Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:3. Ülvü titulunu qorumaq üçün finalda Selçuk Canı məğlub etməyə çalışacaq.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün millimizin ən təcrübəli üzvü sabah təsəlliverici görüşə çıxacaq. Hüseynov gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.

Murad Əhmədiyev (97 kq) debütdə hollandiyalı Tiron Sterkenburqa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Son xəbərlər
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Barselona”nın zədəliləri sıraya döndü
DAHA ÇOX

Ən çox oxunanlar