Güləş/Cüdo
AÇ: Stadnik və Kolesnik finalda
15.02.2024 | 00:23
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Sports.az xəbər verir ki, bu gün Azərbaycan qadın güləşçiləri mübarizəyə başlayıb.
Mariya Stadnik (50 kq) yarımfinalda ukraynalı Oksana Livaça 6:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Alyona Kolesnik (59 kq) isə polşalı Patrisiya Gilə 7:3 hesabı ilə məğlub edərək finala adını yazdırıb.
Final görüşləri fevralın 15-də keçiriləcək.