Kabab qoxan tarix

Kabab qoxan tarix

Sevincdən dil söz, əl qələm tutmur. Bilmirəm nə yazım, hisslərimi necə ifadə edim? Nədən başlayım, nədə qurtarım?..

Bu ay idman jurnalistikasına gəlişimin 25 ilidi. "Futbol+" qəzetinin keçirdiyi həmin müsabiqə orda mənimlə yanaşı qalib gələn dostlarım İlkin Fikrətoğlu və Elnur Məmmədlinin də həyatında əbədi iz buraxıb. O zaman heç düşünməzdik ki, qəzetin baş redaktoru Mahir Rüstəmlinin seçimi həyatımızı dəyişər, ömrümüzü bu sahəyə həsr edərik.

Yubileyimizə ən böyük hədiyyəni isə Qurban Qurbanovun "Qarabağ"ı etdi. Çempionumuzun tarixdə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi çox böyük uğurdu. Amma burdakı rəqib "Braqa"dı. Azərbaycanın istər milli komandalar, istərsə də klublar səviyyəsində tarixdə 1 dəfə də məğlub edə bilmədiyi Portuqaliyanın təmsilçisi.

Qurban Qurbanovun komandası dünyanın ən unikal stadionlarından birində - qaya üzərində inşa edilmiş arenada heç vaxt unudulmayacaq bir nəticəyə imza atdı.

Biz də həmkarımla bərabər ETOPAZ-ın dəstəyi sayəsində bu tarixə canlı şahidlik etmək şansı qazandıq. Buna görə "Bal Line" şirkətinin rəhbərliyinə, şəxsən Altay Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Oyundan öncə həmkarım Əlisahib Əliyevlə "Qarabağ"ın Braqanın tam mərkəzində qaldığı otelin qarşısında təsadüfən klubun baş direktoru Emrah Çelikellə görüşdük. Emrah bəy "Gəlin bir selfi edək, bu bizim zəfər fotomuz olacaq" dedi.
Əlisahib Bakıdan səfərə çıxandan "Qarabağ" 2:0 udacaq" deyirdi.

Mənimsə, sadəcə intuisiyam "Qarabağ"ın uduzmayacağından xəbər verirdi. Bunu eksperti olduğum ETOPAZ üçün bloqunda yazdığım hər iki kuponuna da əks etdirmişdim - "Qarabağ" uduzmayacaq və çempionumuz qol vuracaq. Ağdam təmsilçisinin sayəsində hər iki kuponum uduşlu oldu. Əmsallar da az deyil, biri 5, digəri 12-yə yaxın.

Amma bu köşəni özümü tərifləmək üçün yazmıram. Azərbaycan futbolunda bir tək  təriflənəcək "Qarabağ" var!

Nəticə bəllidi. Amma hər şey cavab oyununda həll olunacaq. Hamımız çox sevindik. Bununla belə, Bakıdakı qarşılaşmanın daha ağır keçəcəyi şübhəsizdi.

Amma istənilən halda artıq favorit bizik. Ən azı buna görə Qurban Qurbanovun möhtəşəm kollektivinə böyük təşəkkürlər!

Hə, Bakıda çox çətin olacaq...

Tofiq Bəhramov adına Respublika stadionunun yanındakı restoranlarda bütün manqallar qalanacaq. Portuqallar əsl Azərbaycan kababının iyini hiss edəcək.

Sonra çempionumuzun rəhbərliyi onlara "Xankəndi" restoranında Azərbaycan mətbəxinin təamlarını dadmağa, qiymətləndirməyə şərait yaradacaq. Niyə? "Qarabağ"ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi şərəfinə!

Ötən il "Qarabağ"ın yendiyi daha bir ad-sanlı komandanın futbolçusu kabab iyindən danışmışdı. Portuqallar da yeyib-içən xalqdı. Qoy kabab iyinə gəlsinlər...

Nəyin bahasına olur-olsun bu uğurlu başlanğıcı xoş sonluğa çatdırmalıyıq!

Ağdama, yenidən qurulacaq "İmarət" stadionuna yol bəlkə də Braqadan başladı!

Bu şansı qaçırmayacağıq!

Anar Şabanoğlu, Braqa

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar