Azərbaycanın 4 güləşçisi üçün DÇ-də bürünc medal şansı

Azərbaycanın 4 güləşçisi üçün DÇ-də bürünc medal şansı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Taleh Məmmədov (63 kq) 1/8 finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz 1/4 finalda son olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Taleh bürünc medal uğrunda güləşəcək.

Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa 1/8 finala yüksəlib. Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0.  Gənc güləşçimiz 1/4 finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Cəfərov finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Həsrət serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Milli üzvü bürünc medal üçün mübarizə aparacaq.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11. Ancaq rəqib finala qədər irəlilədiyi üçün Hüseynov təsəlliverici görüşə çıxacaq.

Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabıyla qalib gəlib. Niftullayev 1/8 finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Arif daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adınnı yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə "tuşe" ilə uduzan Arif bürünc medal uğrunda güləşəcək. 

Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları sentyabrın 12-də keçiriləcək.

Son xəbərlər
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
Keyn “Barselona”ya keçə bilərmi?
Əvəzedicilərin yarışında 10-cu turun təyinatları açıqlandı
2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular
Azərbaycan derbisinə doğru: Seriyalar
“Tottenhem”in Frankla bağlı mövqeyi məlum oldu
FIFA-nın Azərbaycanda oynamış futbolçuya qarşı sanksiyası qüvvədə qaldı
Azərbaycan derbisinə doğru: Mövsümün ilk derbisi
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Alba karyerasında əsas rol oynamış məşqçini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar