Avropa üçüncüsü olan millimiz vətənə qayıtdı

Avropa üçüncüsü olan millimiz vətənə qayıtdı

Rumıniyanın paytaxtı Buxarestdə 7 medal qazanan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Sports.az xəbər verir ki, 1 gümüş və 6 bürünc medalla 122 xal toplayan və komanda hesabında 3-cü yeri tutan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və media nümayəndələri qarşılayıb.

Xetaq Qazyumov, millinin baş məşqçi: “Təəssüf ki, qızıl medal qazana bilmədik. Ancaq bütün çəkilərdə güləşçilərimiz fəxri kürsüyə qalxa bilərdi. Osman Nurmaqomedov, Orxan Abasov və Kənan Heybətov da medal qazanmaq potensialına sahib idi. Bütün çəkilərdə medal qazansaydıq, əla nəticə olardı. Nürəddin Novruzov və Arseniy Djioyev kimi gənclər yaxşı güləş nümayiş etdirdilər. İlk dəfə bu yarışda iştirak etsələr də, medal qazana bildilər. Bu, digər gənc güləşçilərimiz üçün də stimul olacaq. Qızıl medal olmadığı üçün çox təəssüf edirəm. Maqomedxan Maqomedovun final görüşü istənilən səviyyədə keçmədi. Çıxışımıza “4” qiyməti vermək olar. Komanda hesabında ötən il çempion olmuşduqsa, bu il 3-cü yeri tutduq. Medalların əyarında olmasa da, sayında yaxşı nəticə göstərdik. Yeni adlar kəşf etdik. Onu da qeyd edim ki, Avropa çempionatında rəqabət çox güclənib. Rusiyadan olan bir çox güləşçilər qitənin müxtəlif ölkələrinə transfer olunub. Ancaq yüksək səviyyədə təlim-məşq toplanışları keçib, Avropa Olimpiya Təsnifat turnirində bütün güclü rəqiblərlə mübarizə aparmağa hazır olacağıq. Bakıda təşkil ediləcək yarışa qədər iki hazırlıq prosesi keçəcəyik. Gənc güləşçilərimizi Yaşar Doğunun xatirə turnirində də sınayacağıq”.

Nürəddin Novruzov, Avropa üçüncüsü: “Bu səbr işidir. Allaha istəyənə istədiyini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır. Ötən il elə məhz Buxarestdə keçirilən U-23 Avropa çempionatında haqsızlıqda üzləşmişdim. Şükürlər olsun, bu dəfə eyni məkanda böyüklər arasında medal qazandım. 61 kq-a yeni keçmişəm. İlk dəfə bu yarışda iştirak etsəm də, həyəcan yox idi. Rahat güləşdim. Abasqadji Maqomedova gələcəkdə qalib gəlmək olar. O da mənim kimi adi insandır. Sadəcə, onu düzgün qiymətləndirmədim, boşluğa yol verdim. İnşallah, gələn yarışlarda daha yüksək nəticələr qazanaram”.

Son xəbərlər
“Milan” səfərdə büdrədi, “Napoli”yə 1 qol bəs etdi
“Əl-Hilal” “Əl-Uxdud” səddini keçdi
Qleb “Arsenal”ın İngiltərə Premyer Liqasındakı çıxışını şərh etdi
Runi “Liverpul”un iki aparıcı oyunçusunu tənqid etdi
Haland “Mançester Siti”nin azarkeşlərinə müraciət ünvanladı
Azərbaycanın titullu güləşçilərindən “ustad dərsi”
Matteus Noyerin mümkün əvəzedicisi haqda danışdı
“Lennart Karl tərifə layiqdir, o, möhtəşəmdir”
Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar
“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” - Kaskilya
“Qarabağ” “İmişli” ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”
Türkiyə klubu transfer qadağası ilə üzləşdi
“İnter” “Real”ın məzununu ələ keçirməyə hazırdır
“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda
Asim Xudiyev Konfrans Liqası oyununda
“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”
“Yuventus” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır
Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb
"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
Del Pyero “Yuventus”un uğursuzluqlarını şərh etdi
“İnter”in qapıçısı qəza törətdi, 81 yaşlı kişi həyatını itirdi
Yüksək Liqada növbəti oyunların keçirilmə tarixi açıqlandı
“Yuventus” baş məşqçi postuna onu gətirmək istəyir
Premyer Liqa klubunda yeni müqavilə
Premyer Liqanın 10-cu turu rəqəmlərin gözü ilə
“Liveprul” Slotla yeni müqaviləyə dair danışıqlarını dayandırdı
"Real"ın kapitanı əməliyyat ediləcək
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Barselona”nın zədəliləri sıraya döndü
DAHA ÇOX

Ən çox oxunanlar