“Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm”

“İçimdə ermənilərə qarşı elə bir hirs, kin var ki, onlara məğlubiyyəti həzm edə bilmərəm. Fikrimcə, yarışdan qovulmaq bahasına olsa belə, özümü idarə etmək çətin olar".

Sports.az xəbər veri rki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisinə 10:4 hesabı ilə qalib gəldiyi bürünc medal görüşü barədə danışarkən deyib.

63 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan 33 yaşlı idmançı bildirib ki, qarşılaşmadan öncə həyəcanlı olsa da, daha sonra sakitləşib: "Məşqçilər sağ olsunlar, məni yaxşı hazırladılar. Döşəyə çıxdım, Allah məni utandırmadı. Ermənilər bizim həm döyüş meydanında, həm də idmanda düşmənimizdir. Şükürlər olsun, indiyədək onlara uduzmamışam. Bu dəfə də belə oldu. Sonadək Ermənistan təmsilçisinə məğlub olmasam, idmandan başıdik gedəcəyəm. Erməni üzərində qələbəmi komandarim şəhid Elçin Mansurovun xatirəsinə, həmçinin anama həsr edirəm".

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar