"Avropanın ən yaxşı komandasına qarşı oynayacağıq"

"Sabah biz hazırda Avropanın ən yaxşı komandasına qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik”. 

Sports.az xəbər verir ki, bu sözləri bu sözləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov sabah UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Bayer”ə qarşı keçiriləcək qarşılaşma barədə danışarkən deyib. 

Oyunöncəsi mətbuat konfransına qatılan təcrübəli müdafiəçi psixoloji baxımdan üzərlərində hər hansı təzyiq olmadığını bildirib: “Bayer”lə görüşdə son iki oyundakından da çox gücü sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik".

O, "Braqa" ilə görüşün sonundakı məhsuldar ötürməsini belə xatırlayıb: “Bir anda gələn qərar idi. Gördüm ki, Nəriman irəlidə dayanıb. Yaxşı ki, baş hakim oyunu dayandırmadı. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Bu an üzərində çox dayanmaq istəməzdim. Komanda yaxşı mübarizə apardı. Hamımızın qələbəsi idi”.

B.Hüseynov bir neçə gün əvvəl təqdimatına qatıldığı "Qarabağ" FK 30 il” filminin motivasiya baxımından komandaya müsbət təsis edəcəyini vurğulayıb: “Filmi çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. "Qarabağ" adı klub deyil. Bu filmdən sonra dünyada nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var. Yaxşı motivasiyadır”.

Təcrübəli müdafiəçi sabahkı matçda Julio Romao və Elvin Cəfərquliyevin yoxluğuna da toxunub: “Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir oyunçu olmayanda, digəri keyfiyyətli şəkildə əvəz edir. Yoxluqları hiss ediləcək. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq”.

Sonda “Qarabağ”ın müdafiəçisi "Bayer"ə qarşı qrupdakı matçlarda oynamısınız. Rəqib ilk növbədə nəyi bağışlamır?” sualını belə cavablandırıb: “Həmin oyunda öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin dərhal asan yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq. Bu halda matçı da yaxşı nəticə ilə başa vura bilərik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.

Son xəbərlər
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Qəbələ” və “Şamaxı” növbəti mərhələdə - YENİLƏNİR
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarıldı
Azərbaycan AÇ-də 47 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan taekvondoçusu DÇ-də bürünc medal qazandı
“Lill”in gənc istedadı “itlər”dən ayrıla bilər
AFFA rəsmisinə UEFA-dan təyinat
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Ailə günü”
Braziliyadakı məşhur stadion satışa çıxarılır
“Tottenhem” “Olimpik”in hücumçusu ilə maraqlanır
Paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib
İslam Həmrəyliyi Oyunlarına 6 stolüstü tennisçi ilə
“Sumqayıt”da ayrılıq
“Bayern”in Keynə xələf gördüyü oyunçu məlum oldu
Türkiyənin daha bir klubuna transfer qadağası qoyuldu
FIBA Çempionlar Liqası: “Sabah” növbəti matçına çıxacaq
Minifutbol üzrə Azərbaycan çempionatında mövsümə start verilib
Bellingem İngiltərə nəhənginə qoşulmayacaq
Azərbaycan klubu amerikalı basketbolçu transfer edib
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında ilk matçına çıxır
FIBA Avropa Kuboku: Azərbaycan komandaları üz-üzə
“Palmeyras” Vendeli satın almaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar