Futbol
“Bayern” və “Nyukasl” Aleksandr Zinçenkoya maraq göstərirlər

09.03.2024 | 14:15
“Arsenal”ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsində “topçular”ın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Zinçenko ilə “Bayern” və “Nyukasl” maraqlanırlar.
Vurğulanır ki, Münhen klubunun yeni sol cinah müdafiəçisinə ehtiyacı var, çünki Alfonso Deyvis yayda çox güman ki, “Real”a keçəcək. “Arsenal” 27 yaşlı Zinçenkonun satışına görə azı 45 milyon avro məbləğində qazanc əldə etmək istəyir.
Son xəbərlər