Futbol
PSJ Lamin Yamalın müqabilində “Barselona”ya fantastik məbləğ ödəməyə hazırdır

10.03.2024 | 23:15
PSJ “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamalın müqabilində Kataloniya klubuna 200 milyon avro məbləğ təklif etməyə hazırdır.
Sports.az xəbər verir ki, Fransa nəhəngi Yamalda bu yay PSJ-dən ayrılaraq “Real” keçmək ehtimalı yüksək olan fransalı ulduz hücumçusu Kilian Mbappenin uzunmüddətli əvəzini görür.
Yamalın maraqlarını təmsil edən tanınmış futbol agenti Jorje Mendeş bu həftə “Barselona”nın prezidenti Joan Laporta ilə görüşüb, bu transferin mümkünlüyünü müzakirə edib.
“Barselona”nın Yamalın satılmasının əleyhinə olduğu, klubun gələcəyini gənc istedadda gördüyü vurğulanır.
Son xəbərlər