Güləş/Cüdo
Millimiz qran-prini 1 medalla başa vurdu
11.03.2024 | 09:30
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə qran-pri başa çatıb.
Sports.az xəbər verir ki, yığmamız bu yarışı 1 medalla başa vurub.
Turnirə 5 idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, “bürünc” uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.