Güləş/Cüdo
Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 1 gümüş medal
07.04.2024 | 17:00
Çexiyanın Teplis şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş medal qazanıb.
Sports.az xəbər verir ki, turnirin ilk günündə qızlar arasında 4 çəkidə 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-40 kq. çəkidə Xədicə Abdullayeva gümüş medal əldə edib. -44 kq. çəkidə Leyla Ələkbərova və -48 kq. çəkidə Nuranə Hacızadə yarışı 5-ci yerdə tamamlayıb.