Güləş/Cüdo
Avropa Kubokunun ilk günündə 1 bürünc medal
07.04.2024 | 19:15
Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk günündə qadınlar arasında 3 çəkidə 3 Azərbaycan cüdoçusu tatamiyə çıxıb.
Sports.az xəbər verir ki, 63 kq çəkidə Aytac Qardaşxanlı bürünc medala sahib olub.
48 kq çəkidə Ramilə Əliyeva isə 5-ci yeri tutub.