Azərbaycan güləşçilərindən Olimpiadaya daha 5 lisenziya!

Azərbaycan güləşçilərindən Olimpiadaya daha 5 lisenziya!

Bu gün Azərbaycanın 5 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sports.az xəbər verir ki, ilk olaraq Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.

Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib - 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Onun yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olub. H.Əliyev albaniyalı rəqibini əzmkar qələbə ilə (6:3) məğlub edərək Paris-2024-ə lisenziya əldə edib.

74 kq-da Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib - 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib - 5:1. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan Frank Çamiso (İtaliya) ilə qarşılaşıb.  Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub. Beləliklə, Turan Bayramov da Paris-2024-ə lisenziya qazanıb.

86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib, sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanovu (Bolqarıstan) 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olub. O, 4:1 hesablı qələbə ilə Olimpiadaya lisenziya qazanıb.

125 kq-da Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib - 10:0. O, yarımfinalda Alen Xubulova (Bolqarıstan) 7:0 hesabı ilə qalib gələrək Paris-2024-ə lisenziya qazanıb.

Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb.

Əlavə edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

Son xəbərlər
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
DAHA ÇOX

Ən çox oxunanlar