Azərbaycan güləşçisindən DÇ-də bürünc medal

Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Sports.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkiyeviçə qalib gəlib – 11:0.

Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Qadın güləşçilər isə mundialı medalsız başa vurublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar