Güləş/Cüdo
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
![](https://sports.az/file/articles/2024/04/18/1713461354_401cf61f-8dfa-3983-966c-298f5f46107a_850.jpg)
18.04.2024 | 21:30
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.
Sports.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.
Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.