“Əla futbolçu və məşqçi heyətimiz var”

“Əla futbolçu və məşqçi heyətimiz var”

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında qısamüddətli fasilə yaranıb. Geridə qalan 7 turda aktivinə 12 xal yazdıran “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Yay fasiləsində “Şamaxı”nı “Qəbələ”yə dəyişən braziliyalı yarımmüdafiəçi Felipe Santos bu matçların hamısında iştirak edib və 1 qola imza atıb. 25 yaşlı pleymeyker Sports.az saytına müsahibəsində performanslarını dəyərləndirib.

- Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”ı erkən qolla məğlub etdiniz (1:0). Oyun ürəyinizcə oldu?
- Daha çox zehniyyətdən istifadə etdiyimiz oyun idi. Son matçlarda hücuma keçir, qol vururduq. Amma eyni zamanda özümüz də top buraxırdıq. Bu dəfə qələbə qazanmaq çox önəmli idi. Baxımlı futbol yox, nəticə vacib idi.

- Çox sayda qol imkanlarınız olsa da, dəyərləndirə bilmədiniz. Hücumda son nöqtəni qoya bilməyinizə nə mane olurdu?
- Şəxsən mənim “Sumqayıt”la qarşılaşmada qol vurmaqdan çox məhsuldar ötürmə vermək şansım çox oldu. İnanıram ki, növbəti oyunlarda qol gələcək.

- Futbolda “vurmayana vurarlar” prinsipi var. Son dəqiqələrdə bunun baş verməsindən qorxmurdunuz?
- Qorxduğumuz elə bu idi. Ən vacibi qələbə idi, bunu da bacardıq.

- “Sumqayıt”la oyuna qədər ardıcıl 3 matçda məğlub olmuşdunuz. Bu psixoloji gərginliyin artıq geridə qaldığını demək olar?
- Bəli, geridə qaldı. Bizim əla futbolçu və məşqçi heyətimiz var. İndi birinci dövrənin qarşıdakı son iki turuna diqqət yetirməyin vaxtıdır.

- Rövlan Muradovun qırmızı vərəqə aldığı epizodda, sizcə, hakim qərarında haqlı idi?
- Bu, qırmızı vərəqəlik hərəkət deyildi. Rövlan topa toxundu, rəqib isə sürüşdü. Buna görə də qırmızı vərəqə qərarı doğru deyildi.

- İlk 7 turda topladığınız 12 xalı sizin üçün uğurlu saymaq olar?
- Əslində, xeyr. Bütün matçlarda qələbə qazanmaq istəyirdik. Uduzduğumuz oyunlarda daha yaxşı idik, bunu hamı da gördü. Diqqət çatmırdı ki, bunlar detallardır. İnanıram ki, ikinci dövrədə daha yaxşı çıxış edəcəyik.

- Ötən mövsüm çempionatda 4-cü yeri tutmuşdunuz. Eyni nəticəni təkrarlamaq çətin olmayacaq?
- Bizim hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdir. Təcrübəli və böyük oyunçulara sahibik. Çoxlarını təəccübləndirəcəyik.

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar