Futbol
Keyn Çempionlar Liqasında “Real”la qarşıdakı oyundan danışdı

29.04.2024 | 18:30
“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn komandasının Çempionlar Liqasının yarımfinalında “Real”la qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Sports.az Keynin bu barədə fikirlərini təqdim edir:
“İndi bütün diqqətimizi “Real”la oyuna cəmləyəcəyik. Bu, asan olmayacaq. “Arsenal”la oyunda göstərdiyimiz oyun səviyyəsinə çatmalıyıq, ya da daha yaxşı oynamalıyıq. “Real”ın bu yarışda fantastik komandası və böyük tarixi var. Bu oyunu səbirsizliklə gözləyirəm”.
Son xəbərlər





























