İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib.

Sports.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın “nage no kata” növündə fəndləri nümayiş etdiriblər.

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birinciliyinin təltifetmə mərasimində çıxış edərək, iştirakçılara uğurlar arzulayıb və qalib olanları təbrik edib: “Kata üzrə bu cür yarışların təşkili cüdonun daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə cüdoçularımızın beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə ölkə cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məzunları olmasını xüsusi qeyd edib: “Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb: “Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasına gətirib çıxaracaq”.

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal
Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)

Gümüş medal
Rəsul Əmirzadə (tori)
Elvin Məmmədov (uke)

Bürünc medal
Ayxan İslamlı (tori)
İsmayıl Rəhimli (uke)

Bürünc medal
Cavanşir Comərdov (tori)
Fazil Hüseynov (uke)

5-ci yer
İsa Allahverdiyev (tori)
Hüseyn Vəliyev (uke)

5-ci yer
Zidan Bəşirov (tori)
Tunar Cəfərov (uke)

Son xəbərlər
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
DAHA ÇOX

Ən çox oxunanlar